Müqəttəə hərflər nə deməkdir?

/ Bazar ertəsi, 23 Mart 2020 12:11
Müqəttəə hərflər nə deməkdir?

Oxucu sual verir: Müqəttəə hərflər nə deməkdir?

Ərəb dilində müqəttəə hərflər “kəsik, tək-tək hərflər” deməkdir. Qurani-Kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı dəqiq mənanı ifadə etməyən ayrı-ayrı hərflərə bu ad verilib.

Müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.

Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Geniş yayılmış nəzəriyyəyə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub. Amma onlar bu hərflərin vasitəsilə Quranın mislini yaratmağa qadir deyillər. Bəzi alimlər müqəttəə hərfləri gizli və dərkolunmaz sirr saymışlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; });