Dəstəmaz aldıqdan sonra əlləri və üzü qurutmaq olarmı?

/ Cümə, 27 Mart 2020 10:42
Dəstəmaz aldıqdan sonra əlləri və üzü qurutmaq olarmı?

Oxucu sual verir: Dəstəmaz aldıqdan sonra əlləri və üzü qurutmaq olarmı?

Dəstəmaz aldıqdan sonra əlləri və üzü dəsmalla qurutmaq bəyənilməz sayılır. Bir daha təkrar edirik ki, bu, haram deyil, sadəcə olaraq məkruhdur, yəni bəyənilmir, savabı yoxdur. Zənnimizcə, bu hökmün səbəbi budur ki, əl-üz qurutmaq üçün istifadə edilən ümumi dəsmal pak olmaya da bilər. Belə ki, həmin dəsmaldan bir neçə nəfər istifadə edirsə, onlardan birinin paklıq qaydalarına riayət etməməsi nəticəsində dəsmal başqa insanların da paklığını poza bilər. Namazda bədənin pak olması isə əsas şərtlərdən biridir. Ona görə də, dəstəmazdan sonra ümumi dəsmaldan istifadə etmək bəyənilmir. Əllərin və sifətin təbii yolla, öz-özünə havanın hərarətindən quruması daha yaxşı sayılır. Lakin əgər dəstəmazdan ötrü xüsusi dəsmal ayrılıbsa, həmin dəsmalla dəstəmaz üzvlərini qurutmaq məkruh deyil. Belə ki, dəstəmaz aldıqdan sonra xüsusi ayrılmış dəsmalla qurulanmağın heç bir eybi yoxdur və bəyənilməz sayılmır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.