Banklar tərəfindən verilən kredit kartları (Albalıkart, Bolkart, Birkart və s.) ilə alış-veriş etmək olarmı?

/ Şənbə, 28 Mart 2020 12:13
Banklar tərəfindən verilən kredit kartları (Albalıkart, Bolkart, Birkart və s.) ilə alış-veriş etmək olarmı?

Oxucu sual verir: Banklar tərəfindən verilən kredit kartları (Albalıkart, Bolkart, Birkart və s.) ilə alış-veriş etmək olarmı?

Adı çəkilən kartlar bank tərəfindən karta yatırılmış pul ilə nağd və ya kreditli alış zamanı istifadə edilir. Kreditli alış zamanı əşyanın nağd satış qiymətindən əlavə, müəyyən məbləğ də ödənilir. Bu artıq məbləğ, kartı verən bankın hesabına keçir. Bu cür alış-veriş etməyin şəriət baxımından günahı yoxdur. Belə ki, kreditli (nisyə) ticarət zamanı əşyanın nağd qiymətindən baha alınıb-satılması şəriət baxımından icazəlidir. Kartın sahibi kart vasitəsilə müəyyən əşyanı uzun müddətli kreditlə nisyə alsa və nağd qiymətdən daha çox pul ödəsə, problem yoxdur və bu cür ticarət halaldır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.