Qadının əri müharibədə itkin düşür və qadın başqa adamla kəbin kəsdirir. Bir müddət sonra itkin düşmüş ər gəlib-çıxırsa, qadın nə etməlidir?

/ Çərşənbə axşamı, 31 Mart 2020 10:56
Qadının əri müharibədə itkin düşür və qadın başqa adamla kəbin kəsdirir. Bir müddət sonra itkin düşmüş ər gəlib-çıxırsa, qadın nə etməlidir?

Oxucu sual verir: Qadının əri müharibədə itkin düşür və qadın başqa adamla kəbin kəsdirir. Bir müddət sonra itkin düşmüş ər gəlib-çıxırsa, qadın nə etməlidir?

Əgər qadının əri iktin düşübsə, bu zaman qadın şəriətə uyğun olaraq, əri ölmüş qadının iddəsi qədər iddə saxlamalıdır. Yəni ərinin ölməsinə yəqinlik və ya ehtimal verdiyi vaxtdan başlayaraq 4 ay 10 gün (hicri aylarla) iddə saxlamalıdır. Yalnız bu müddət bitdikdən sonra başqa adamla ailə qura bilər. Əgər ərinin öldüyünü zənn edərək iddə saxladıqdan sonra başqa adama ərə getsə, daha sonra itkin düşmüş ər qayıdıb gəlsə, bu halda qadının birinci nikahı qüvvədə qalır və birinci əri qanuni sayılır. Belə ki, ikinci nikah qüvvədən düşür, boşanma iddəsi saxladıqdan sonra qadın birinci ərinin izdivacına qayıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.