Vannanın içində qüsl alan zaman bədəndən axıb vannanın içinə tökülən su təmiz sayılırmı?

/ Çərşənbə, 01 Aprel 2020 10:43
Vannanın içində qüsl alan zaman bədəndən axıb vannanın içinə tökülən su təmiz sayılırmı?

Oxucu sual verir: Vannanın içində qüsl alan zaman bədəndən axıb vannanın içinə tökülən su təmiz sayılırmı? Vannadan çıxarkən ayaqları pak etməyə ehtiyac varmı?

Şəriət baxımından murdar (nəcasət) sayılan maddələr risalədə qeyd edilib. Qüsl zamanı bədəndən tökülən su şəriətdə murdar sayılmır. Bir şərtlə ki, bədən qüsldən əvvəl nəcasətə bulaşmış olmasın. Əgər bədən nəcasətə bulaşmışsa, ona dəyib tökülən su da murdar olacaq. Əgər bədən pakdırsa, qüsl suyunun qalığı da pak sayılır. Hətta bədən kirli olsa belə, yenə vannaya tökülən qüsl suyu murdar deyil. Qüsl aldıqdan sonra vannadan çıxarkən ayaqları yumaq vacib deyil, təmizlik və sağlamlıq xatirinə bunu etmək daha yaxşıdır. Belə ki, yuyunduqdan sonra axırda ayaqları soyuq (ilıq) su ilə yaxalamaq tibbi baxımdan faydalıdır. Qüsl aldıqdan sonra vannanın içinə tökülmüş sudan bəzi məqsədlər üçün istifadə etmək də olar. Məsələn, həmin suyu güllərin və ağacların dibinə tökmək mümkündür. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.