Ayaqqabının altı qoyun ya inək peyininə bulaşmışsa, pak etmək lazımdırmı?

/ Cümə axşamı, 02 Aprel 2020 12:17
Ayaqqabının altı qoyun ya inək peyininə bulaşmışsa, pak etmək lazımdırmı?

Oxucu sual verir: Ayaqqabının altı qoyun ya inək peyininə bulaşmışsa, pak etmək lazımdırmı?

Şəriət baxımından nəcis (murdar) sayılan maddələr risalədə qeyd edilib. Əti yeyilən (halal olan) heyvanların peyini bura aid deyil. Buna görə də, inək, qoyun və keçinin peyininə bulaşmış əşyanı pak etmək vacib deyil. Ayaqqabının altı bunlara bulaşıbsa, murdar sayılmır. Əti yeyilən quşlar da (toyuq, qaz, ördək, hindtoyuğu) bura aiddir. Əti yeyilən ev heyvanlarının və ev quşlarının sidiyi də murdar deyil. Bunlara bulaşmış əşyaları təmizlik xatirinə yumaq kifayətdir, pak etmək lazım deyil. Əti yeyilməyən (haram olan) heyvanların peyin və sidiyi isə murdar sayılır, ayaqqabı bunlara bulaşarsa, pak edilməlidir. Bəzi şəxslərin evdə saxladığı pişik, it, dağsiçanı (xomyak) kimi heyvanlar bu qrupa aiddir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.