Uşaq döşəyi isladıbsa, namaz qılan şəxs həmin döşəyin üzərində yata bilərmi?

/ Cümə, 03 Aprel 2020 11:07
Uşaq döşəyi isladıbsa, namaz qılan şəxs həmin döşəyin üzərində yata bilərmi?

Oxucu sual verir: Uşaq döşəyi isladıbsa, namaz qılan şəxs həmin döşəyin üzərində yata bilərmi?

Böyük adamın sidiyi kimi, uşaqğın da sidiyi murdar sayılır. Lakin bütün nəcasətlər yalnız nəm halda başqa əşyaya ötürülə bilir. Yəni ya sidik qurumazdan əvvəl başqa əşyaya dəysə onu bulayar, ya da sidik parçanın üzərində qalıb quruduqdan sonra başqa bir nəm əşya ona toxunub islatsa, nəcasəti özünə götürər. Əgər sidikli döşək artıq quruyubsa, onunla quru təmasda olan heç nə bulaşmaz. Beləcə, qurumuş döşəyin üzərində yatmaq da icazəlidir (tərləmək və s. istisna edilir). Ehtiyat üçün döşəyin üzərinə rütubətin qarşısını alan bir maneə (məsələn, klyonka) örtmək daha yaxşı olar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.