Ayağın altında qabar (mazol) varsa, qüsl almağa mane olurmu?

/ Bazar ertəsi, 06 Aprel 2020 10:49
Ayağın altında qabar (mazol) varsa, qüsl almağa mane olurmu?

Oxucu suasl verir: Ayağın altında qabar (mazol) varsa, qüsl almağa mane olurmu? Qabarla birlikdə qüsl almaq düzgündür, yoxsa qabarı təmizləyib, sonra qüsl almaq lazımdır?

Qüsl (və dəstəmaz) zamanı suyun dərini tam islatmasını təmin etmək vacibdir. Əgər su ilə dəri arasında maneə varsa, həmin maneə mütləq aradan qaldırılmalı, sonra həmin yer yuyulmalıdır. Lakin bədənin bir parçası sayılan hissələri qoparmağa və ya ayrılıqda yumağa ehtiyac yoxdur. Eləcə də, bədənin daxilində yerləşən və normal halda kənardan görünməyən yerləri (burun dəlikləri, ağzın içi və s.) də yumaq tələb olunmur. Qabar bədənin (dərinin) bir hissəsi sayılır. Qabarlı yer də digər bədən üzvləri kimi normal şəkildə yuyulur. Ona görə də qüsldən (dəstəmazdan) əvvəl qabarı qoparmaq lazım deyil. Əgər qabarın üzərində, suyun dəriyə (qabarın üzərinə) çatmasına mane olacaq dərəcədə kir varsa, həmin kiri yumaq lazımdır. Çünki kir bədənin bir parçası sayılmır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.