Qapı döyülsə və ya telefon zəng çalsa, evdə başqa adam yoxdursa, namazı saxlamaq olarmı?

/ Cümə axşamı, 09 Aprel 2020 11:22
Qapı döyülsə və ya telefon zəng çalsa, evdə başqa adam yoxdursa, namazı saxlamaq olarmı?

Oxucu sual verir: Qapı döyülsə və ya telefon zəng çalsa, evdə başqa adam yoxdursa, namazı saxlamaq olarmı?

Namaz bəndənin Allahla söhbəti kimidir. Hətta hədislərdə namazı bəndənin meracı (yəni səmaya, Allahın hüzuruna yüksəlməsi) adlandırmışlar. Namazı əsassız yerə yarımçıq kəsmək düzgün deyil, bu, Allaha qarşı ehtiramsızlıqdır və günahdır. Qapının döyülməsi, telefonun zəng çalması kimi səbəblər üzündən namazı kəsmək olmaz. Əgər qapının arxasından səs eşidilməsi ehtimalı varsa, insan namazın zikrlərini (Allahu əkbər) ucadan söyləməklə, namaz qıldığını çatdıra bilər. Bu cür hallarda namaz əməllərinin yalnız vacib hissəsini yerinə yetirmək, müstəhəb əməlləri tərk etmək və bunun hesabına namazı daha tez bitirmək icazəlidir.

 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.