Boynunda cənabət qüslü olan şəxs əlləri nəm halda nəyə isə toxunsa, namaz qılan adam da həmin əşyaya toxuna bilərmi?

/ Cümə, 10 Aprel 2020 10:54
Boynunda cənabət qüslü olan şəxs əlləri nəm halda nəyə isə toxunsa, namaz qılan adam da həmin əşyaya toxuna bilərmi?

Oxucu sual verir: Boynunda cənabət qüslü olan şəxs əlləri nəm halda nəyə isə toxunsa, namaz qılan adam da həmin əşyaya toxuna bilərmi?

Cənabət halı insanın bütün bədəninin murdar (nəcis) olmasına səbəb olmaz. Boynuna cənabət qüslü gəlmiş şəxsin əlləri və bədəni murdar deyil (əgər şəriətdə nəcis sayılan maddəyə bulaşmamışsa. Əgər nəcasətə bulaşmışsa, həmin bulaşan yeri yuyub pak etdikdən sonra tamamilə pak sayılır). Buna görə də, cənabətli şəxsin nəyə isə toxunması murdarlıq yaratmaz. Cənabətli şəxsin nəm halda toxunduğu əşyaya da tam arxayınlıqla toxunmq olar. Eləcə də, cənabətli şəxsin nəm bədəninə toxunmağın heç bir problemi yoxdur. Cənabət qüslü maddi murdarlığı aradan qaldırmaq deyil, mənəvi paklıq yaratmaq üçün nəzərdə tutulur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.