Quranda adı çəkilməyən daha hansı peyğəmbərlərin adı məlumdur?

/ Çərşənbə, 15 Aprel 2020 10:41
Quranda adı çəkilməyən daha hansı peyğəmbərlərin adı məlumdur?

Oxucu sual verir: Quranda adı çəkilməyən daha hansı peyğəmbərlərin adı məlumdur?

Geniş yayılmış fikrə görə, peyğəmbərlərin ümumi sayı 124 min nəfər olmuşdur. Bu peyğəmbərlərdən 25-nin adı Qurani-Kərimdə çəkilir və onların əhvalatları fərqli həcmlərdə qeyd edilir. Quranda adları çəkilən daha 3 nəfərin də peyğəmbər olub-olmadığı şübhəlidir. Bunlardan əlavə, hədislərdə də bir neçə peyğəmbərin adına rast gəlirik. İslam mənbələrində adları çəkilməyən bir neçə peyğəmbərin haqqında isə Bibliya kitabında bilgi verilir. Quranda adı çəkilməyən, lakin hədislərdə və Bibliya mətnində məlumat verilən peyğəmbərlərdən bəziləri bunlardır: Samuil, Hezqil (İyezekiil), Daniyal (Daniil), Həbəqquq (Avvakum), İrmiya (İyeremiya), Hənzələ ibn Səfvan, Yuşə ibn Nun (İisus Navin) və b.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.