Bir insan başqasının adına kreditlə ev alıb, amma krediti vaxtında ödəmirsə və adına ev olan adam müəyyən maddi ziyan çəkirsə, o, evi satıb, ziyan məbləğində pul götürə bilərmi?

/ Cümə, 17 Aprel 2020 11:31
Bir insan başqasının adına kreditlə ev alıb, amma krediti vaxtında ödəmirsə və adına ev olan adam müəyyən maddi ziyan çəkirsə, o, evi satıb, ziyan məbləğində pul götürə bilərmi?

Oxucu sual verir: Bir insan başqasının adına kreditlə ev alıb, amma krediti vaxtında ödəmir. Adına ev olan adam isə məhz bu səbəbdən hər ay müəyyən qədər maddi ziyan çəkir. Bu halda o, evi satıb, həmin puldan öz çəkdiyi ziyan məbləğində götürə bilərmi?

İslamda öz din qardaşına yaxşılıq etmək, onu çətinlikdən qurtarmaq böyük savab sayılır. Bunun üçün fədakarlıq etmək çox bəyənilən işdir. Əgər göstərilən halda krediti ödəməli olan şəxsin həqiqətən buna imkanı yoxdursa, başına gələn fəlakət üzündən krediti vaxtında ödəyə bilmirsə, qarşı tərəf imkan daxilində ona güzəştə getsə, savab sahibi olar. Lakin müsəlman nə özü başqasını aldatmalı, nə də başqasının onu aldatmasına imkan verməlidir. Müsəlman öz izzətini qorumalı və əzilməməlidir. Əgər kreditə ev alan şəxs imkanı ola-ola pulu ödəməkdən yayınırsa, bu hərəkət fırıldaqçılıqdır. Bu halda adına sənədləşmə olan şəxs hər bir imkandan istifadə edib öz haqqını geri almalıdır. Bunu etmək nəinki icazəli, hətta məqsədəuyğundur. Çünki fırıldaqçı şəxs cəzalanmasa, öz əməllərini davam etdirəcək və daha çox insan ondan ziyan çəkəcək. Buna görə də, fırıldaqçılıq və səhlənkarlıq aşkar edilərsə, zərər çəkmiş tərəf evi satıb, çəkdiyi zərərin məbləğini həmin puldan götürə bilər.  

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.