Azan verilməyə başlayan kimi namaz qılmağa başlamaq olarmı?

/ Şənbə, 18 Aprel 2020 11:38
Azan verilməyə başlayan kimi namaz qılmağa başlamaq olarmı?

Oxucu sual verir: Azan verilməyə başlayan kimi namaz qılmağa başlamaq olarmı?

Namaz vaxtının əvvəli azan oxunmağa başladığı an sayılır. Əgər yaşadığınız yerdəki məsciddən verilən azan vaxtının düzgün olduğuna (yəni düzgün azan cədvəlinə uyğun olduğuna) əminsinizsə, azan səsini eşidən kimi namaza başlaya bilərsiniz. Lakin ehtiyat üçün azanın başa çatmasını gözləmək daha yaxşıdır. Azanın sözlərini dinləmək də savabdır. Müstəhəbdir ki, insan azanın cümlələrini eşitdikcə, özü onları təkrarlasın. Namazı vaxtın əvvəlində qılmaq böyük savaba malikdir. Müsəlman şəxs üzürsüz yerə namazı vaxtın əvvəlindən gecikdirməməlidir. Lakin qeyd edək ki, azanın axırına kimi gözləmək namaz vaxtını gecikdirmək sayılmır. Azanı dnlədikdən sonra namaza başlayan şəxs də namazı vaxtın əvvəlində qılmış hesab edilir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.