Bəziləri deyir ki, zarafat etmək günahdır. Bu fikir doğrudurmu?

/ Bazar ertəsi, 20 Aprel 2020 10:53
Bəziləri deyir ki, zarafat etmək günahdır. Bu fikir doğrudurmu?

Oxucu sual verir: Bəziləri deyir ki, zarafat etmək günahdır. Bu fikir doğrudurmu?

İslam dini insanlarda gözəl əxlaqi dəyərləri formalaşdırmaq üçün təlimatlar verir. Dinimizə görə, hər bir xasiyyət, hər bir hərəkət öz ölçüsündə olmalıdır. Həddən az və həddən çox olduqda hər bir hərəkət mənfiləşir. Zarafat da bu qəbildəndir. İnsanlar arasında mehribanlıq və səmimiyyət yaratmaq baxımından zarafat mühüm əhəmiyyətə malikdir. Həmçinin, mömin şəxsi sevindirmək də böyük savabdır. Bununla yanaşı, bəzi hallarda zarafat etmək bəyənilmir. Məsələn, özündən böyük şəxslə zarafat etmək ədəbsizlikdir. Ağır dərd içində olan insanın yanında zarafata yol vermək də yersiz sayılar. Həddən artıq zarafat etmək, zarafatda ədəb həddini aşmaq mənfi xüsusiyyətdir və incikliyə səbəb olur. Məsumlarımız buyurmuşlar: “Çox zarafat etmək üzün suyunu (abır-həyanı) aparar, şox gülmək imanı azaldar”. “Kim çox zarafat etsə, yüngülləşər (dəyərsizləşər), kim çox gülsə, heybəti aradan gedər”.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.