İçinə təsadüfən sabun köpüyü düşmüş vedrədəki su ilə qüsl və ya dəstəmaz almaq olarmı?

/ Çərşənbə axşamı, 21 Aprel 2020 10:56
İçinə təsadüfən sabun köpüyü düşmüş vedrədəki su ilə qüsl və ya dəstəmaz almaq olarmı?

Oxucu sual verir: İçinə təsadüfən sabun köpüyü düşmüş vedrədəki su ilə qüsl və ya dəstəmaz almaq olarmı?

Qüsl və dəstəmaz zamanı istifadə edilən suyun şərtləri barədə risalədə ətraflı yazılmışdır. Əsas şərtlərdən biri də suyun saf olmasıdır. Saf suyun əksi müzaf sudur. Müzaf su elə suya deyilir ki, hər hansı maddə ilə qarışması nəticəsində onun dadı, iyi və ya rəngi dəyişmiş olsun. Bu üç xüsusiyyətdən biri dəyişərsə, su artıq saf deyil, müzaf (yəni qarışıq) sayılır. Müzaf su ilə dəstəmaz və qüsl almaq olmaz. Müzaf su nəcasəti pak edə bilməz. Vedrənin və ya vannanın içindəki suya sabun köpüyü o qədər az miqdarda düşsə ki, suyun rəngi (görünüşü) dəyişməsin, bu su dəstəmaz və qüsl üçün yararlıdır. Əks halda həmin su ilə dəstəmaz və qüsl almaq olmaz.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.