Burnun içi qanayıb və həkim tərəfindən dərmanlı pambıq qoyulub, çıxarılmasına icazə verilmirsə, dəstəmaz alıb namaz qılmaq olarmı?

/ Çərşənbə, 22 Aprel 2020 14:28
Burnun içi qanayıb və həkim tərəfindən dərmanlı pambıq qoyulub, çıxarılmasına icazə verilmirsə, dəstəmaz alıb namaz qılmaq olarmı?

Oxucu sual verir: Burnun içi qanayıb və həkim tərəfindən dərmanlı pambıq qoyulub, çıxarılmasına icazə verilmirsə, dəstəmaz alıb namaz qılmaq olarmı?

Namaz zamanı vacib olan şərtlərdən biri də bədənin və libasın pak olmasıdır. Bədəndə və ya libasda iynə ucu boyda nəcasət zərrəsi olsa, namaz batil sayılar. Yalnız yara qanının şəriətdə icazə verilən miqdarda bədəndə və ya libasda olması bağışlanandır. Bununla yanaşı qeyd edək ki, bədənin daxili (iç) hissəsi sayılan yerlərdə, məsələn, ağzın və burnun içində yara varsa, həmin yaranı yumaq mümkün deyilsə, namaz qılmaq olar. Buna görə də, burnun içindəki yaradan gələn qanın qarşısı pambıqla alınmışsa, bu vəziyyətdə dəstəmaz almaq və namaz qılmaq icazəlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.