Qəbir daşlarının üstündə cızıqlar çəkməyin dini əsası varmı?

/ Cümə axşamı, 23 Aprel 2020 11:30
Qəbir daşlarının üstündə cızıqlar çəkməyin dini əsası varmı?

Oxucu sual verir: Qəbir daşlarının üstündə cızıqlar çəkməyin dini əsası varmı?

Dini qaydalar və şəriət hökmləri kimi qəbul edilən bəzi hərəkətlərin əslində din ilə heç bir əlaqəsi yoxdur. İslamdan əvvəlki inanclardan qaynaqlanan, yaxud milli düşüncəmizlə bağlı olan bəzi əməllər insanlar tərəfindən dini ehkam kimi başa düşülür. Dəfn, qəbir ziyarəti ilə bağlı adət-ənənələrimizdə bunlara daha çox rast gəlirik. Belə hərəkətlərdən biri də qəbir ziyarəti zamanı sinə daşlarının üzərinə cızıq çəkmək ənənəsidir. İnsanlar bunu adətən ona görə edirlər ki, mərhumun qəbrinin ziyarət olunduğunu xəbər versinlər. Ziyarətə gələnlər bu yolla onlardan sonra ziyarətə gələnlərə xəbər ötürürlər ki, bu qəbir ziyarət edilib. Bu hərəkətin dinimizlə heç bir əlaqəsi yoxdur və insanların öz düşüncəsindən qaynaqlanır. Əksinə, dinimiz bu cür əməlləri bəyənmir. Çünki qəbir daşı cızıldıqda görünüşü korlanır. Müsəlman ətrafındakı hər bir əşyaya qayğı ilə yanaşmalı, heç nəyi korlamamalıdır. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.