Müsəlman və mömin anlayışları eynidirmi?

/ Cümə, 24 Aprel 2020 11:13
Müsəlman və mömin anlayışları eynidirmi?

Oxucu sual verir: Müsəlman və mömin anlayışları eynidirmi?

Bəzən bu iki anlayış eyni qəbul edilir. Halbuki, müsəlman və mömin məfhumları fərqlidir. İslam dininin ideoloji əsaslarını qəbul edən, Allahın varlığına, Həzrət Mühəmmədin (s) son peyğəmbər olduğuna, axirət aləminə inanan, dinin zəruri hökmlərini inkar etməyən hər kəs müsəlman sayılır. Əgər bunları dili ilə söyləyib etiraf etmişsə, onun canı, malı və namusu digər müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman sayılmaq üçün gündəlik ibadətləri yerinə yetirmək, dini həyat tərzi yaşamaq şərt deyil. Bunlar imanın şərtləridir. Yəni İslamın qayda-qanunlarına əməl edənlər mömin sayılırlar. Bir şəxsin müsəlman olub-olmadığını onun öz dilindən öyrənmək mümkündür. Amma kimin mömin olduğunu yalnız Allah doğru bilir. İman hər kəsin qəlbində gizli olan bir duyğudur. Hədislərimizdə İslam ilə imanı Məkkə şəhəri ilə Kəbə evinə bənzətmişlər. Belə ki, Kəbənin yanında duran hər kəs Məkkə şəhərinin içindədir. Amma Məkkədə olan hər kəsin Kəbənin yanında durduğunu söyləyə bilmərik. Hər bir mömin müsəlmandır, amma hər müsəlmanın mömin olduğunu iddia etmək olmaz.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.