Mağazadan bahalı əşya alanda verilən lotereya kağızları ilə nə isə udmaq halal sayılırmı?

/ Şənbə, 25 Aprel 2020 11:12
Mağazadan bahalı əşya alanda verilən lotereya kağızları ilə nə isə udmaq halal sayılırmı?

Oxucu sual verir: Mağazadan bahalı əşya alanda verilən lotereya kağızları ilə nə isə udmaq halal sayılırmı?

İslam dinində bəzi alış-veriş və qazanc növləri haram sayılır. Bəzi qazanclar qumar kateqoriyasına aiddir və haramdır. Cəmiyyətdə yayılmış lotereya oyunlarının çoxusu qumar sayılır. Lakin sualda verilmiş şəkildə mağazalarda təklif edilən lotereya biletləri qumar deyil. Bu biletlər heç bir ödəniş tələb edilmədən, hədiyyə kimi verilir. Lotereya biletini alan şəxs heç nə itirmir. Qazanılan uduşlar da heç kimin ödənişi hesabına verilmir. Mağazalar öz qazanclarından reklam və həvəsləndirmə məqsədi ilə mükafat fondu ayırır və bunu lotereya şəklində seçilmiş müştərilərə təqdim edirlər. Bu formada lotereya oyunlarında iştirak etmək günah deyil və qazanılan hədiyyə halaldır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.