Əhdi-ətiq və Əhdi-cədid hansı kitablardır?

/ Çərşənbə axşamı, 28 Aprel 2020 11:17
Əhdi-ətiq və Əhdi-cədid hansı kitablardır?

Oxucu sual verir: Əhdi-ətiq və Əhdi-cədid hansı kitablardır?

Bunlar xristianların və yəhudilrin müqəddəs kitabı Bibliyanı təşkil edən iki hissənin adıdır. Bibliya onlarla kitabın məcmusundan ibarətdir. Bibliyanın tərtib etibarilə əvvəldə gələn 5 kitabı Tövrat adlanır. Tövrat və ondan sonra gələn daha 34 kitab “Əhdi-ətiq”, yəni qədim əhd adı ilə tanınır. Bu kitablar zaman etibarilə daha qədimlərə aid olduğu üçün Allahın öz bəndələri ilə qədim əhdi sayılır. Dörd variantda İncil kitabları, apostolların məktubları və sair mətnlər (cəmi 27 mətn) Əhdi-cədidi təşkil edir. Bunlar Allahın öz bəndələri ilə yeni əhdi kimi qəbul edilir. Yəhudilər yalnız Əhdi-ətiqə inanır, Əhdi-cədidi qəbul etmirlər. Xristianlar isə həm Əhdi-ətiqi, həm də Əhdi-cədidi müqəddəs sayırlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.