Cümə gününün müstəhəb qüslünü nə zaman almaq lazımdır?

/ Cümə axşamı, 30 Aprel 2020 11:30
Cümə gününün müstəhəb qüslünü nə zaman almaq lazımdır?

Oxucu sual verir: Cümə gününün müstəhəb qüslünü nə zaman almaq lazımdır?

Şəriətə görə, bəzi günlərdə müstəhəb qüsl almaq bəyənilir. Bəzi əlamətdar tarixlər və cümə günləri bura aiddir. Yaxşı olar ki, cümə günü sübh azanından sonra zöhr azanına kimi vaxt ərzində bu qüsl yerinə yetirilsin. Zöhr azanına yaxın bir vaxtda edilməsi daha çox bəyənilir. Əgər zöhr vaxtına kimi qüsl almaq mümkün olmasa, zöhrdən sonra, əsr vaxtına kimi də almaq olar. Hətta əgər bir şəxs cümə günü su tapmayacağını və ya başqa səbəb üzündən qüsl ala bilməyəcəyini bilirsə, cümə gününə keçən gecə savaba çatmaq ümidi ilə müstəhəb qüsl ala bilər. Cümə günündə qüsl almaq imkanı olmayan adamın şənbə günü qəza niyyəyi ilə bunu etməsi mümkündür. Cümə qüslü almış şəxs dəstəmaz almadan namaz qıla bilər. Bir daha təkrar edirik ki, cümə qüslü vacib deyil, müstəhəbdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.