Xəstəlik üzündən oruc tuta bilməyən şəxslər nə etməlidirlər?

/ Cümə, 01 May 2020 11:13
Xəstəlik üzündən oruc tuta bilməyən şəxslər nə etməlidirlər?

Oxucu sual verir: Xəstəlik üzündən oruc tuta bilməyən şəxslər nə etməlidirlər?

Sağlam olan hər bir şəxsə mübarək Ramazan ayında oruc tutmaq vacibdir. Lakin oruc tutmağa səhhəti imkan verməyən şəxslər bundan azaddırlar. Xəstə insan əgər oruc tuta bilməsə və Ramazan ayından sonra sağalsa, növbəti Ramazana kimi orucunu qəza etməlidir. Əgər növbəti Ramazana kimi də xəstəliyi sağalmasa, bu halda tutmadığı orucu qəza etməsi lazım deyil və xəstəlik üzündən oruc tutmadığı hər günün əvəzinə ehtiyaclı kasıb şəxsə (fəqirə) 750 qram həcmində çörək verməlidir. Əgər xəstəliyi bir neçə il davam etsə, hər gün üçün 750 qram yemək verməsi lazımdır, sağaldıqdan sonra axırıncı ilin orucunu da qəza etməlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.