Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən hansı şəkildə salavat söyləmək lazımdır?

/ Şənbə, 02 May 2020 10:58
Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən hansı şəkildə salavat söyləmək lazımdır?

Oxucu sual verir: Həzrət Mühəmməd Peyğəmbərin (s) adı çəkilərkən hansı şəkildə salavat söyləmək lazımdır?

İslam ənənəsinə görə, Peyğəmbərin (s) adını çəkərkən və ya eşidərkən salavat söyləmək lazımdır. Hətta o həzrətin adını yazarkən salavat işarəsi qoyurlar. Hədislərdə buyurulub ki, Peyğəmbərimizin (s) adı çəkilərkən salavat söyləməyən adam onun ruhunu incitmiş olur. Salavatın müxtəlif variantları kitablarda qeyd edilib. Bəzi salavat qaydaları qısa, bəziləri isə uzundur. Həzrətin adı çəkilərkən, heç olmasa, “Allahumə salli əla Muhəmmədin və ali Muhəmməd” söyləmək lazımdır (“İlahi, Sənin salavatın olsun Mühəmmədə və Mühəmmədin nəslinə”). Salavat zamanı Peyğəmbərin (s) özü ilə yanaşı, nəslini də qeyd etmək vacibdir. Həzrət özü buyurub ki, ona naqis şəkildə salavat göndərməsinlər. “Naqis salavat nədir” sualına isə cavab vermişdi ki, bu, yalnız onun özünə salavat söyləmək, nəslini (ali-Mühəmədi) bura aid etməməkdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.