Ramazan ayında axşam əvvəlcə iftarı açıb, sonra namaz qılmaq yaxşıdır, yoxsa əvvəlcə namazı qılıb, sonra iftar etmək?

/ Bazar ertəsi, 04 May 2020 10:59
Ramazan ayında axşam əvvəlcə iftarı açıb, sonra namaz qılmaq yaxşıdır, yoxsa əvvəlcə namazı qılıb, sonra iftar etmək?

Oxucu sual verir: Ramazan ayında axşam əvvəlcə iftarı açıb, sonra namaz qılmaq yaxşıdır, yoxsa əvvəlcə namazı qılıb, sonra iftar etmək?

Ramazan ayında iftar zamanı necə rəftar etmək insanın öz istəyindən və şəraitindən asılıdır. Axşam azanının vaxtı çatdıqdan sonra daha yaxşı olar ki, insan əvvəlcə məğrib namazını qılsın, sonra iftar etsin. Çünki namazı vaxtın əvvəlində qılmaq böyük savaba malikdir. Amma əgər insan çox aclıq hiss edirsə, əvvəlcə yeyib, sonra namaz qıla bilər. Süfrə başında onu gözləyənlər olduqda da bu cür etməsi mümkündür. Bu iki vəziyyəti aşağıdakı şəkildə birləşdirmək də olar. Məğrib vaxtı çatdıqda insan azacıq su içməklə yaxud yeməkdən bir tikə götürməklə susuzluğunu və aclığını müvəqqəti yatırıb namazı qılar, sonra iftar süfrəsinin arxasına keçər. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.