İnsan qüsl aldıqdan sonra sol əlinin barmağında maneə olduğunu gördüyü halda nə etməlidir?

/ Çərşənbə axşamı, 05 May 2020 11:16
İnsan qüsl aldıqdan sonra sol əlinin barmağında maneə olduğunu gördüyü halda nə etməlidir?

Oxucu sual verir: İnsan qüsl aldıqdan sonra görür ki, sol əlinin barmağında maneə var imiş (barmağındakı üzüyü çıxarmağı unudubmuş yaxud bir barmağındakı boyanı – lakı silməyibmiş). Bu halda nə etməlidir?

Qüsl zamanı bədənin su ilə islanmasına heç nə mane olmamalıdır. Əgər ortada maneə varsa, qüsldən əvvəl bu maneəni aradan qaldırmaq, sonra qüsl almaq lazımdır. Qüsldən sonra bədənin bir zərrə qədər hissəsinin yuyulmadığı məlum olsa, qüsl tamam sayılmır. Qüsı zamanı əvvəlcə baş və boyun, sonra bədənin sağ hissəsi, axırda bədənin sol hissəsi yuyulur. Buna görə də, sol əlinin barmağında maneə qalmış şəxsin baş və boyuna, eləcə də sağ tərəfə verdiyi qüsl düzgün sayılır. Amma bədənin sol tərəfinin qüslü tamamlanmayıb. Qüslü tamamlamaq üçün sol əlin barmağındakı maneəni aradan qaldırması və yalnız həmin barmağı yuması kifayətdir. Bununla qüsl düzgün sayılır. Amma əgər maneə sağ əlin barmağında olarsa, maneəni aradan qaldırdıqdan sonra həmin barmağı yumalı, üstəlik, bədənin sol tərəfini də bütövlükdə yumalıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.