Ramazan ayında istirahət və ya qohumları görmək məqsədi ilə Bakıdan rayona getmək icazəlidirmi?

/ Şənbə, 09 May 2020 11:29
Ramazan ayında istirahət və ya qohumları görmək məqsədi ilə Bakıdan rayona getmək icazəlidirmi?

Oxucu sual verir: Ramazan ayında istirahət və ya qohumları görmək məqsədi ilə Bakıdan rayona getmək icazəlidirmi?

Şəriətə görə Ramazan ayını öz vətənində keçirən və ya bəzi səfər şərtlərinə uyğun olan (müəyyən məsafə həddinə çatmayan və ya vaxt həddini keçən) şəxs oruc tutmalıdır. Hər hansı səbəb üzündən qısa müddətli uzaq səfərə çıxan şəxs isə “müsafir” sayılır və oruc tutmamalıdır (bəzi istisnalarla). Ramazan ayında insanın öz qohumlarını görmək, məclisdə iştirak etmək, yaxud hətta əylənmək məqsədi ilə qısamüddətli uzaq səfərə çıxması günah deyil. Amma bu hərəkət bəyənilmir. Hətta sırf orucdan qaçmaq məqsədi ilə də səfərə çıxmaq günah sayılmır, amma arzuedilən hərəkət də deyil. Hər bir halda, bunu edən şəxs orucluq bitəndən sonra növbəti ilin Ramazan ayına kimi həmin günlərin orucunu qəza etməlidir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.