Şəriətdə mövcud olan “gecələrin müştərəkliyi məsələsi” nə deməkdir?

/ Bazar ertəsi, 11 May 2020 11:27
Şəriətdə mövcud olan “gecələrin müştərəkliyi məsələsi” nə deməkdir?

Oxucu sual verir: Şəriətdə mövcud olan “gecələrin müştərəkliyi məsələsi” nə deməkdir?

Bu, orucluq hökmləri ilə bağlı olan, Ramazan ayının əvvəlini, eləcə də, Fitr bayramını təyin etmək üçün istifadə edilən üsullardan biridir. Gecələrin müştərəkliyi prinsipini mərhum Ayətullahül-üzma Seyyid Əbülqasim Xoyi təklif etmişdir. Əgər bir şəhərdə Ay görünsə, istər ondan şərqdə, istərsə qərbdə, istər eyni üfüqdə, istərsə fərqli üfüqdə yerləşən qalan şəhərlər üçün də ayın əvvəli sübuta yetər; amma bir şərtlə ki, bu şəhərlərin gecələri müştərək olsun. Yəni bir şəhərin gecəsi ilə o biri şəhərin gecəsi üst-üstə düşsün. Burada tam üst-üstə düşmək də şərt deyil. Yetər ki, bir şəhərin gecəsinin başlanğıcı o biri şəhərin gecəsinin sonu ilə müştərək olsun. Məsələn, hətta Çində Ay görünsə, Azərbaycanda Ayın əvvəli sübut olar. Çünki bu ölkələrin zaman fərqi gecənin uzunluğundan qısadır. Qeyd edək ki, hazırda sağ olan müctəhidlərdən Ayətullahül-üzma Vəhid Xorasani də bu məsələdə eyni mövqeyi bölüşür.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.