Peyğəmbəri və beş imamı görmüş səhabə kimdir?

/ Cümə axşamı, 14 May 2020 12:15
Peyğəmbəri və beş imamı görmüş səhabə kimdir?

Oxucu sual verir: Peyğəmbəri və beş imamı görmüş səhabə kimdir?

Bu, Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Cabir ibn Abdullah Ənsaridir. O, Xəzrəc qəbiləsinə mənsub idi, hələ hicrətdən əvvəl atası ilə birlikdə iman gətirmişdi. 

Cabir Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra Mədinədə fiqh və şəriət sahəsində bilikli səhabələrdən sayılırdı, müsəlmanlar onun fətvalarına tez-tez müraciət edirdilər. 

Cabir Əhli-beytin sadiq tərəfdarlarından idi. İmam Əli ibn Əbu Talibin (ə) tərəfində Siffeyn savaşında iştirak et¬mişdi. İmam Hüseynin (ə) şəhadətindən sonra ilk ərbəin günündə Kərbəlanı ziyarət edən birinci səhabə də Cabir olub. 

Şiə mənbələrində yazıldığına görə, Cabir ibn Abdullah Həzrət Mühəmməd Peyğəmbərin (s) 12 imam haqqındakı məşhur hədisini rəvayət etmişdir. Peyğəmbər (s) ona xəbər vermişdi ki, beşinci imamın zamanına kimi yaşayacaq. Həmçinin, Peyğəmbər (s) Cabirə tapşırmışdı ki, onun salamını beşinci imama çatdırsın. Həqiqətən, Cabir ibn Abdullah İmam Mühəmməd Baqirlə (ə) görüşmüş və Peyğəmbərin (s) salamın ona yetirmişdi. 

Cabir hicri 78-ci (miladi 697-ci) ildə 94 yaşında Mədinədə vəfat etmişdir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.