“Riyaz əl-salihin” kitabı nədən bəhs edir?

/ Cümə, 15 May 2020 11:31
“Riyaz əl-salihin” kitabı nədən bəhs edir?

Oxucu sual verir: “Riyaz əl-salihin” kitabı nədən bəhs edir?

“Riyaz əl-salihin” (yəni əməlisaleh insanların bağçaları) əhli-sünnə məzhəbində mötəbər hədis məcmuələrindən biri sayılır. İrihəcmli hədis kitablarına nisbətən, onun həcmi daha yığcamdır. “Riyaz əl-salihin” kitabını miladi XIII əsrdə yaşamış məşhur şafii alimi İmam Nəvəvi tərtib etmişdir. Nəvəvi hədis elmində böyük nüfuza malik idi, bütün ömrünü elmə həsr etmiş, hətta ailə qurmamışdı. “Riyaz əl-salihin” əsasən əxlaq mövzularını ehtiva edən 1900-a yaxın hədisdən ibarətdir. Nəvəvinin bunda başqa 40 hədisdən ibarət “Ərbəin” kitabçası və “Səhihi-Müslim”ə şərhi də vardır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.