“Əmmə cüz” nə deməkdir?

/ Şənbə, 16 May 2020 11:29
“Əmmə cüz” nə deməkdir?

Oxucu sual verir: “Əmmə cüz” nə deməkdir?

Qurani-Kərim asan oxunmaq üçün cüzlərə (hissələrə) bölünüb. Ümumilkdə 30 cüz vardır. Müasir Quran nəşrlərində hər cüz təxminən 20 səhifəni əhatə edir. Quranın sonuncu – 30-cü cüzünü “əmmə cüz” adlandırırlar. Bu cüz Quranın son 37 surəsindən ibarətdir (78-ci surədən 114-cü surəyə kimi). Bunlar əsasən kiçik həcmli qısa surələrdir. Bu cüzün “əmmə” adlandırılmasının səbəbi budur ki, cüzün ilk surəsi olan “Nəbə” surəsi “əmmə” kəlməsi ilə başlayır. İçindəki məşhur surələrə (Qədr, Ələq, İxlas, Fələq, Nas və s.) görə əmmə cüz xüsusi adla adlandırılıb. Quran qariləri digər cüzlərə nisbətən, bu cüzə istər bütövlükdə, istərsə də qismən daha çox müraciət edirlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.