“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

/ Cümə axşamı, 21 May 2020 11:17
“Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Oxucu sual verir: “Mövlana” sözünün mənası nədir və kimə deyilir?

Ərəb dilindən tərcümədə “mövla” sözü bir neçə mənaya malikdir, bunların içində ən geniş yayılmışı və məşhuru “ağa, başçı” mənasıdır. (Qədir-Xüm hədisində də sözün bu mənası nəzərdə tutulub). Dini mətnlərdə və dualarda adətən, “mövla” deyərkən, Allah-Taala nəzərdə tutulur. Bəzi hədislərdə Peyğəmbər və imamlar da səhabələr tərəfindən bu cür adlandırılıb. “Mövlana” sözünün mənası “bizim mövlamız, ağamız” deməkdir. Adətən, bu söz XIII əsrdə yaşamış məşhur sufi şair Cəlaləddin Ruminin ləqəbi kimi işlədilir. Ruminin tərəfdarları və yaratdığı mövləviyyə təriqətinin üzvləri ona “mövlana” deyə müraciət edirdilər, bu qayda indiyə kimi davam edir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.