Quranda “lənətlənmiş ağac” ifadəsi hansı mənanı verir?

/ Cümə, 22 May 2020 11:34
Quranda “lənətlənmiş ağac” ifadəsi hansı mənanı verir?

Oxucu sual verir: Quranda “lənətlənmiş ağac” ifadəsi hansı mənanı verir?

Qurani-Kərimdə buyurulur: “Sənə göstərdiyimiz mənzərəni (yuxunu) və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik” (İsra, 60). Ayədəki “əl-şəcərət əl-məlunə” (lənətlənmiş ağac) ifadəsinin mənası barədə fikirlər fərqlidir. Bəzi alimlər burada cəhənnəmdəki zəqqum ağacının nəzərdə tutulduğunu yazırlar. Əhli-beytə bağlı olan mənbələrə görə, lənətlənmiş ağac Bəni-Üməyyədir. Həzrət Mühəmməd Peyğəmbər (s) özündən sonra xilafətə Üməyyə oğullarının yiyələnəcəyini qabaqcadan bilirdi. Rəvayətə görə, Peyğəmbər (s) yuxuda Bəni-Üməy¬yə xəlifələrini bir-birinin ardınca onun minbərinə qalxıb-enən meymunlar şəklində görmüşdü. Peyğəmbərin (s) bütün yuxuları doğru olduğu üçün, o həzrət bunun da həqiqət olduğunu anlamış və üzülmüşdü. Allah-Taala onun üzüntüsünü görüncə, Cənab Cəbrail (ə) vasitəsilə “Qədr” surəsini nazil etdi.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.