Bərməkilər kim olub?

/ Şənbə, 23 May 2020 10:52
Bərməkilər kim olub?

Oxucu sual verir: Bərməkilər kim olub?

Bərməkilər Abbasi xilafətində vəzifə başında olmuş və vəzirlik vəzifəsini uzun illər icra etmiş sülalədir. Bu nəslin banisi Xalid Bərməki sayılır. Bərməkilərin ulu əcdadları Bəlx şəhərindəki buddist məbədində xidmət edirdilər, onlardan biri Osmanın xilafəti dövründə əsir kimi Mədinəyə gətirilmiş və İslamı qəbul etmişdi. Xalid onun nəvəsi idi.

Xalid Bərməki əvvəlcə Əməvilərə xidmət etmiş, daha sonra həm birinci Abbasi xəlifəsi Əbül-Abbas Səffahın, həm də ikinci xəlifə Mənsurun vəziri olmuşdu. Harun ər-Rəşidin zamanında Xalidin oğlu Yəhya və iki nəfəsi Fəzl ilə Cəfər sarayda mühüm yer tutdular. Xilafət faktiki olaraq onlar tərəfindən idarə olunurdu. Getdikcə Bərməkilər çoxlu sərvət toplayıb, xəlifənin rəqibinə çevrildilər. Nəhayət, Harun ər-Rəşid Bərməkilərin nüfuzundan qorxuya düşüb onları aradan götürmək qərarına gəldi. Onun əmri ilə hicri 187-ci ildə Cəfər edam edildi, Yəhya və Fəzl isə həbsxanada ağır işgəncələrdən sonra öldülər. Bərməkilər Abbasi xilafətində 17 ildən artıq vəzirlik etmişlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.