Müharibə zamanı düşmənin su quyularını zəhərləməyə dinimiz icazə verirmi?

/ Çərşənbə axşamı, 26 May 2020 10:55
Müharibə zamanı düşmənin su quyularını zəhərləməyə dinimiz icazə verirmi?

Oxucu sual verir: Müharibə zamanı düşmənin su quyularını zəhərləməyə dinimiz icazə verirmi?

İslam dini ən humanist və insanpərvər qanunlara əsaslanır. Dinimizə görə, hətta döyüş zamanı da qarşı tərəfdəki dinc insanlara ziyan vurmaq olmaz. Su quyuları, ağaclar, evlər böyük insan kütləsinin istifadəsi üçün nəzərdə tutulur, bunlar yalnız döyüşçülərin mülkü deyil və yalnız onlara xidmət etmir. Əgər su quyuları zəhərlənsə, günahsız insanlar, qadınlar, qocalar və uşaqlar da həlak olarlar. Ağacların və əkin sahələrinin yandırılması, kəsilməsi və tapdanması da dinc insanlara ziyan yetirir və onları ac qoyur. Buna görə də, İslamın döyüş hökmlərində qarşı tərəfin su quyularını zəhərləmək, ağac və əkin sahələrini məhv etmək qadağandır. Müqəddəslərimiz bu qaydalara əməl etmiş, onları öz ardıcıllarına da təbliğ etmişlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.