Bəzi dini mətnlərdə rast gəldiyimiz “ali-Mərvan” ifadəsinin mənası nədir və bunlar kimdir?

/ Çərşənbə, 27 May 2020 11:00
Bəzi dini mətnlərdə rast gəldiyimiz “ali-Mərvan” ifadəsinin mənası nədir və bunlar kimdir?

Oxucu sual verir: Bəzi dini mətnlərdə rast gəldiyimiz “ali-Mərvan” ifadəsinin mənası nədir və bunlar kimdir?

Mərvan və atası Həkəm Əməvilər soyundan idilər, Məkkənin fəthindən sonra Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən sürgün edilmişdilər. Mərvan doğma əmisi oğlu Osman ibn Affanın xilafəti dövründə sürgündən Mədinəyə qayıtdı. O, hökumət işlərini öz əlinə almışdı, xəlifənin adından əmrlər verir, saxta sənədlər imzalayırdı. Osmanın qətlinə gətirib-çıxarmış hadisələrdə Mərvanın da əli vardı. 

Osmanın ölümündən sonra Mərvan Cəməl və Siffeyn savaşlarında Həzrət Əliyə (ə) qarşı döyüşdü. Sonralar Müaviyə onu Mədinə valisi təyin etdi. İmam Hüseynin (ə) qiyamı ərəfəsində də Mədinə valisi Mərvan idi.  

Yezidin ölümündən (683-cü il) sonra oğlu II Müaviyə qısa bir müddət ərzində xəlifə oldu, sonra istefa verib hakimiyyətdən kənara çəkildi. Bundan istifadə edən Mərvan 684-cü ildə hakimiyyətə yiyələndi. Mərvan ibn Həkəm 9 ay hakimiyyət sür¬dükdən sonra Di¬məşqdə vəfat etdi. Ondan sonra nəslindən olan daha 10 nəfər xəlifə oldu. Bunlara Mərvanilər sülaləsi deyirlər. Şiə məzhəbində Mərvan və onun nəsli Əhli-beytə qarşı düşmən münasibətinə görə kəskin surətdə tənqid edilir. “Ziyarəti-Aşura”da Mərvana və onun nəslinə (ali-Mərvan) bir neçə dəfə lənət deyilir. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.