Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi?

/ Cümə, 29 May 2020 11:16
Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi?

Oxucu sual verir: Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi?

Dinimizdə bütün çətin və ağır hallar üçün yüngülləşdirici güzəştlər nəzərdə tutulmuşdur. Namazı hər hansı ciddi səbəb üzündən normal qaydada qıla bilməyənlər oturmuş, hətta uzanmış halda qıla bilərlər, namaz əməllərini bacardıqları formada yerinə yetirməyə icazəlidirlər. Əgər insan namazda səcdə zamanı dizlərində ağrı hiss edirsə, dizlərinin altına döşəkçə qoya bilər, bunun heç bir maneçiliyi yoxdur. Lakin bir qaydaya riayət etmək lazımdır. Şəriətə görə, namaz qılan şəxsin səcdə zamanı alnını qoyduğu yerlə dizlərini qoyduğu yerin səviyyəsi çox fərqli olmamalı, yəni biri o birindən çox hündür və ya alçaq olmamalıdır. Səviyyələr arasındakı fərqin dörd barmaq eninə kimi olması icazəlidir. Buna görə də, dizlərin altına qoyulan döşəkçənin həddən artıq qalın olmamasına diqqət yetirmək lazımdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.