Deyirlər ki, axşam vaxtı başqasına pul və ya yemək verəndə adamın ruzisi azalır. Bu fikir doğrudurmu?

/ Şənbə, 30 May 2020 11:19
Deyirlər ki, axşam vaxtı başqasına pul və ya yemək verəndə adamın ruzisi azalır. Bu fikir doğrudurmu?

Oxucu sual verir: Deyirlər ki, axşam vaxtı başqasına pul və ya yemək verəndə adamın ruzisi azalır. Bu fikir doğrudurmu?

Bu düçüncə İslam dininin əqidəvi və əxlaqi əsaslarını lazımınca bilməməkdən qaynaqlanır və dinimizlə heç bir bağlılığı yoxdur. İslam dini insanlar arasında əlaqələrin çoxalmasına, sosial yardımlaşmaya xüsusi diqqət yetirir. Ehtiyacı olan şəxsə hər zaman imkan dairəsində yardım göstərmək müsəlmanın borcudur. Pulu və ya yeməyi olmayan şəxsə əl tutmaq üçün xüsusi vaxt gözləmək kimi bir göstəriş yoxdur. Əksinə, yardım üçün gələn şəxsə dərhal, gecikmədən kömək etmək lazımdır. İstər axşam, istərsə də gündüz vaxtı başqasına pul, ərzaq yardımı edən adamın ruzisi nəinki azalmaz, əksinə, daha da artar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.