Ayaqqabının altı nəcasətə bulaşıbsa, nə qədər məsafə getməklə onu pak etmək olar?

/ Bazar ertəsi, 01 İyun 2020 11:35
Ayaqqabının altı nəcasətə bulaşıbsa, nə qədər məsafə getməklə onu pak etmək olar?

Oxucu sual verir: Ayaqqabının altı nəcasətə bulaşıbsa, nə qədər məsafə getməklə onu pak etmək olar?

Nəcasətə bulaşmış əşyalar, adətən, su ilə pak olur. Amma pak edilmənin bəzi başqa növləri də vardır ki, bunlardan biri addımlama vasitəsilə ayaqqabının pak edilməsi üsuludur. Belə ki, altı nəcasətə bulaşmış ayaqqabı ayaqda ikən müəyyən qədər məsafə qət etməklə də pak olar. Bunun üçün ayaqqabını ayağa geyinib, təxminən 7,5 metr (15 dirsək) yerimək lazımdır (təxminən 12-15 addım). Bu məsafəni qət etdikdən sonra ayaqqabının altı pak sayılır. Əsas şərtlərdən biri budur ki, yer quru olmalıdır. Həmçinin, torpaq, qum, daş və ya kərpic kimi yer qismindən olan səthlərin üzərində yerimək şərtdir. Ot, xalça və s. üzərində yeriməklə ayaqqabının altı pak olmaz.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.