Bidət nə deməkdir?

/ Çərşənbə axşamı, 02 İyun 2020 10:41
Bidət nə deməkdir?

Oxucu sual verir: Bidət nə deməkdir?

Lüğəti mənada bidət başlanğıc, yenilik, icad mənalarını verir. Allahın gözəl adlarından (əsma əl-hüsna) biri də “əl-Bədi”dir (yəni icad edən). Dini terminologiyada bidət – dində əvvəllər olmayan hərəkət, söz və əqidə yeniliklərinə deyilir. Buraya həm ibadət, həm də əqidə sahəsi aiddir. Lakin hər yeniliyi bidət saymaq olmaz. Əvvəla, din ilə əlaqəsi olmayan sahələrdəki (texnika, elm və s.) yeniliklər bidət deyil. İkincisi, hətta dini sahədəki və ya dinlə bağlı olan bir sahədəki hər yeniliyi də bidət saymaq olmaz. Bir əməlin (əqidənin) bidət sayılması üçün onun məhz dinə aid edilməsi, dindən sayılması, ayə və ya hədislə əsaslandırmağa cəhd edilməsi sərtdir. Yəni dində olmayan hər hansı əməli dini əməl adı altında təqdim etsələr, ona halal və ya haram donu geyindirsələr, bu, bidət olar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.