Malik Əştər kimdir?

/ Cümə axşamı, 04 İyun 2020 11:31
Malik Əştər kimdir?

Oxucu sual verir: Malik Əştər kimdir?

İmam Əli ibn Əbu Talibin (ə) ən məşhur səhabələrindən biri Malik ibn Haris Nə¬xəi Bizansa qarşı baş vermiş Yərmuk savaşında (636-cı il) gözündən yaralandığı üçün ona “əştər” (yırtıq gözlü) ləqəbini ver¬mişdilər. Malik Əştər Kufədə məskunlaşmışdı. O, İmam Əliyə (ə) ilk beyət edən şəxslərdən biri ol¬muş və ömrünün sonuna qədər bu beyətə sadiq qalmışdı.

Cəməl savaşında qarşı tərəfdən 70 nəfərdən çox pəhləvanı öldürmüş, Siffeyn savaşında qoşun sərkərdəsi kimi böyük şücaətlər göstərmişdi. Həzrət Əli (ə) hicri 38-ci ildə (miladi 658-659-cu illər) Malik Əştəri strateji əhəmiyyətli Misirə vali təyin etdi. Lakin Müaviyənin bir əlaltısı onu öz vəzifəsinin icrasına başlamazdan əvvəl zəhərləyib şəhid etdi.

Malikin məqamını təsəvvür etmək üçün İmam Əlinin (ə) bu kəlamını xatırlamaq kifayətdir: “Mən Allahın Rəsulu üçün kim idimsə, Malik də mənim üçün həmin məqamdadır”.

Malik Əştər güclü və igid bir insan olmuş, bununla yanaşı, həmişə səbir və təvazökarlıqla davranmışdır. Həzrət Əlinin (ə) Malik Əştəri Misrə vali təyin edərkən onun üçün yazdığı əhatəli məktub “Nəhc əl-bəlağə”nin ən çox müraciət edilən və şərh olunan hissələrindən biri¬dir. Bu məktubda İmam Əli (ə) dövlət idarə¬çiliyinin ən müxtəlif cəhətləri barədə Malik Əştərə son dərəcə mükəmməl təlimatlar vermişdir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.