Ramazan bayramı olduğunu düşünərək orucunu pozan, sonra səhv etdiyini başa düşən adam nə etməlidir?

/ Şənbə, 06 İyun 2020 10:55
Ramazan bayramı olduğunu düşünərək orucunu pozan, sonra səhv etdiyini başa düşən adam nə etməlidir?

Oxucu sual verir: Ramazan bayramı olduğunu düşünərək orucunu pozan, sonra səhv etdiyini başa düşən adam nə etməlidir?

Xəstə və səfərdə olan şəxslərdən başqa hər kəs Ramazan ayında oruc tutmalıdır. Öz iradəsi ilə qəsdən yeyib-içən və ya bəzi başqa əməllərə yol verən adamın orucu pozulmuş sayılır. Əməlin növündən və səbəbindən asılı olaraq insan ya həmin günün orucunun təkcə qəzasını tutmalı, ya da üstəlik kəffarə verməlidir (kəffarə, yəni cərimə barədə şəriət kitablarında məlumat verilib). Əgər insan Ramazan ayının son günündə hər hansı yolla Fitr bayramı olduğuna arxayınlıq əldə edərək oruc tutmasa, sonra bunun səhv olduğunu anlasa, həmin günün orucu pozulmuş olur. Gərək Ramazan ayı və Fitr bayramı bitdikdən sonra həmin günün orucunu qəza etsin. Bu halda kəffarəyə ehtiyac yoxdur.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.