Saçları uzun olan və gec quruyan qadın saçlarını yumadan qüsl ala bilərmi?

/ Bazar ertəsi, 08 İyun 2020 11:22
Saçları uzun olan və gec quruyan qadın saçlarını yumadan qüsl ala bilərmi?

Oxucu sual verir: Saçları uzun olan və gec quruyan qadın saçlarını yumadan qüsl ala bilərmi?

Qüsl zamanı əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra sol tərəfini su ilə tam yumaq lazımdır. Qüslün düzgün olması üçün göstərilən ardıcıllıqla bədənin tam islanması vacibdir. Gərək bədəndə uynə ucu boyda islanmamış yer qalmasın. Suyun qarşısını kəsən hər bir maneə (üzük, qolbaq, sırğa, dırnaq boyası və s.) də əvvəlcədən çıxarılmalıdır. Baş və boynu yuyarkən saçları islatmamaq olmaz. Saçlar istər uzun, istərsə qısa olsun, mütləq su ilə islanmalıdır. Qüsl düzgün alındıqdan sonra saçları istənilən yolla qurutmaq olar. Saçların gec ya tez quruması ibadətimizə təsir etmir. Hətta qüsldən sonra yaş saçlarla da namaz qılmaq icazəlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.