İmamların bəzilərinin adlarını dini kitablarda fərqli şəkillərdə qeyd edirlər. Bunların hansı doğrudur?

/ Çərşənbə axşamı, 09 İyun 2020 11:18
İmamların bəzilərinin adlarını dini kitablarda fərqli şəkillərdə qeyd edirlər. Bunların hansı doğrudur?

Oxucu sual verir: İmamların bəzilərinin adlarını dini kitablarda fərqli şəkillərdə qeyd edirlər. Bunların hansı doğrudur?

İslam müqəddəslərinin hər birinin bir neçə fərqli ləqəbi vardır. Bu ləqəblərin bəziləri çox məşhurdur, bəziləri isə o qədər də tanınmır. Məsumları həmin ləqəblərin hər biri ilə tanımaq və tanıtdırmaq mümkündür. Nümunə kimi qeyd edək ki, birinci imam Əmirəl-möminin, Mürtəza, Heydər və s. ləqəblərlə tanınır. İmam Hüseyni (ə) həm Əba Abdullah künyəsi, həm də Seyyidüş-şühəda (şəhidlərin ağası) ləqəbi ilə tanıyırlar. Dördüncü imamın məşhur ləqəbləri Zeynül-abidin və Səccad, səkkizinci imamın məşhur ləqəbləri Rza və Qəribdir. Doqquzuncu imam Mühəmməd Təqini (ə) bir çox hallarda Cavad ləqəbi ilə təqdim edirlər. Onuncu imam Əli Nəqinin (ə) də ikinci məşhur ləqəbi Hadi olmuşdur. Sonuncu, 12-ci imamı isə Mehdi, Qaim, Sahibəz-zaman, Hüccət kimi ləqəblərlə xatırlayırlar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.