Qurumamış yaşıl ağacı kəsmək günahdırmı?

/ Çərşənbə, 10 İyun 2020 11:35
Qurumamış yaşıl ağacı kəsmək günahdırmı?

Oxucu sual verir: Qurumamış yaşıl ağacı kəsmək günahdırmı?

Dinimiz ekologiya mövzusuna mühüm əhəmiyyət verir. Yaşıl ağacı kəsmək çox bəyənilməz əməldir. Xüsusilə, məhsul verən meyvə ağacını və kölgəlik gətirən ağacı kəsmək bəyənilmir. Peyğəmbərimiz (s) döyüşlər zamanı əmr vermişdi ki, müsəlman əsgərlər hətta müşriklərə məxsus olan xurma ağaclarını da kəsməsinlər. Bunun müqabilində ağac əkmək, yaşıllığa qulluq etmək böyük savaba malikdir. Bəzi hədislərimizdə bu iş o qədər təkid edilir ki, hətta qiyamət qopan zaman da ağac əkən adamın öz işindən ayrılmaması tövsiyə olunur. Əlbəttə, çıxılmaz vəziyyətdə, başqa bir yol qalmazsa, hər hansı ciddi səbəb üzündən maneçilik törədən ağacı kəsmək günah sayılmır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.