Qəza orucu tutan şəxs qəsdən orucu pozsa, boynuna hansı cərimə gələr?

/ Cümə axşamı, 11 İyun 2020 10:51
Qəza orucu tutan şəxs qəsdən orucu pozsa, boynuna hansı cərimə gələr?

Oxucu sual verir: Qəza orucu tutan şəxs qəsdən orucu pozsa, boynuna hansı cərimə gələr?

Ramazan orucunu və ya insana vacib olan hər hansı başqa orucu vaxtında tutmayan insan sonralar onu qəza etməlidir. Qəza orucunun bəzi hökmləri əda orucundan (vaxtında tutulan orucdan) fərqlənir. Belə ki, qəza orucu tutmuş şəxs zöhrdən (zöhr azanı vaxtından) əvvəl orucunu pozmaq istəsə, bu işdə azaddır və günah yoxdur. Amma əgər qəza orucu tutmaq üçün vaxtı dar olsa, məsələn, növbəti Ramazan ayına kimi məhdud sayda günlər qalırsa və orucunu pozduğu təqdirdə Ramazana kimi qəzaları tutmağa vaxtı qalmayacaqsa, yaxşı olar ki, orucu pozmasın. 

Ramazan ayının orucunun qəzasını tutmuş şəxs zöhrdən sonra orucu poza biməz. Əgər pozsa, on nəfər fəqirin hər birinə bir müdd (750 qram) miqdarında yemək verməlidir. Bunu verməyə imkanı çatmasa, 3 gün oruc tutmalıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.