Gecələr qorxulu yuxu görmənin səbəbi nədir və bunun qarşısını necə almaq olar?

/ Cümə, 12 İyun 2020 10:55
Gecələr qorxulu yuxu görmənin səbəbi nədir və bunun qarşısını necə almaq olar?

Oxucu sual verir: Gecələr qorxulu yuxu görmənin səbəbi nədir və bunun qarşısını necə almaq olar?

Gecələr dəhşətli yuxular görmək adətən, insanın ruhi-psixoloji durumundan və yorğunluq səviyyəsindən asılı olur. Bu halı yaşamamaq üçün insan gün ərzində qorxulu görüntüləri (məsələn, dəhşət filmləri və s.) seyr etməkdən çəkinməlidir. Pozitiv mövzularda düşünmək, bədbinlikdən uzaq olmaq məsləhətdir. Yaxşı olar ki, insan yuxu rejiminə riayət etsin, gec yatmasın. Yatmazdan əvvəl Quran oxumaq və ya Quran sədasına qulaq asmaq, müxtəlif dualar oxumaq, zikrlər demək faydalıdır. Xüsusilə, ayətəl-kürsi, Nas, Fələq, Qədr surələrini oxumaq, Allahın gözəl adlarını (əsmaül-hüsna) zikr etmək, salavat söyləmək insana rahatlıq gətirər və qorxulu yuxuların qarşısını alar.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.