Doğurdanmı elə namaz var ki, onu qılan adamın həmin zamana kimi qılmadığı bütün namazlar bağışlanır?

/ Şənbə, 13 İyun 2020 10:26
Doğurdanmı elə namaz var ki, onu qılan adamın həmin zamana kimi qılmadığı bütün namazlar bağışlanır?

Oxucu sual verir: Doğurdanmı elə namaz var ki, onu qılan adamın həmin zamana kimi qılmadığı bütün namazlar bağışlanır?

Dinimizə görə, yetkinlik yaşına çatmış hər kəsin gündəlik namazları qılması vacibdir. Gündəlik namazları heç bir bəhanə ilə qılmamaq və təxirə salmaq olmaz. Hər qılınmamış namaz birə-bir qəza edilməlidir. Bunun heç bir başqa yolu yoxdur. Elə bir namaz yoxdur ki, onu qılmaqla hansısa başqa qılınmamış namazlar bağışlansın. Hər namaz yalnız öz əvəzinə qəbul edilir. Bu barədə danışılan sözlər həqiqətdən uzaqdır və dini mətnlərimizdə bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İstər səhlənkarlıq üzündən, istərsə də üzürlü səbəbdən namazını qəzaya verən şəxs yalnız həmin namazın qəzası niyyəti ilə namaz qılmalıdır.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.