Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?

/ Bazar ertəsi, 15 İyun 2020 11:02
Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?

Oxucu sual verir: Məzarın başdaşına qadının fotosunu həkk etdirmək dini cəhətdən icazəlidirmi?

Dinimiz əxlaq və iffət məsələlərinə xüsusi diqqət yetirir. Qadının naməhrəm kişilərdən qorunması və özünü gizli saxlaması daha məsləhətdir. Əlbəttə, qadının sifətini örtməsi zəruri deyil. Amma bu icazə onun gündəlik həyatda fəaliyyətinə mane olmamaq məqsədi daşıyır. Rəhmətə getmiş qadının başdaşına fotosunu həkk etdirməyin isə zərurəti yoxdur. Xüsusilə, gənc qadının şəklini başdaşına vurmaq o qədər də bəyənilmir. Hətta qadının hicablı fotosundan da istifadə edilməsi bəyənilməzdir (baxmayaraq ki, günah sayılmır). Qadının adını və təvəllüd-ölüm tarixlərini başdaşına həkk etdirmək kifayətdir. Hətta bəzi şəxslər qadının adını belə, başdaşına həkk etdirməyi iffətə uyğun saymır, ya adının baş hərfini, ya da atasının adını yazdırırlar. 

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.