Uzaq Şərq ölkələrinin mətbəxinə məxsus “suşi” adlı yeməyi yemək icazəlidirmi?

/ Çərşənbə axşamı, 16 İyun 2020 11:41
Uzaq Şərq ölkələrinin mətbəxinə məxsus “suşi” adlı yeməyi yemək icazəlidirmi?

Oxucu sual verir: Uzaq Şərq ölkələrinin mətbəxinə məxsus “suşi” adlı yeməyi yemək icazəlidirmi?

Balıq məhsullarının yeyilməsi ilə bağlı iki əsas şərt mövcuddur. Birincisi, balıq diri halda sudan tutulmalı və quruda can verməlidir. İkincisi, balıq pulcuqlu olmalıdır. (Bunlar cəfəri məzhəbinə aid olan şərtlərdir. Əhli-sünnə məzhəbində balığın pulcuqlu olması tələb edilmir). Suşi adlı yeməkdə bu şərtlərə riayət edilmişsə, onu yemək icazəlidir. Balığın bişmiş ya çiy halda yeyilməsinə gəlincə, burada milli mətbəx ənənəsinə və zövqə əsaslanmaq olar. Balığı bişmiş halda yemək təhlükəsizlik baxımından daha üstün olsa da, əgər insanın sağlamlıq durumu və zövqü imkan verirsə, çiy halda yeyilməsi də icazəlidir.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.