Şeyx Şamil hansı təriqətə mənsub olmuşdur?

/ Cümə axşamı, 18 İyun 2020 10:47
Şeyx Şamil hansı təriqətə mənsub olmuşdur?

Oxucu sual verir: Şeyx Şamil hansı təriqətə mənsub olmuşdur?

Şimali Qafqaz xalqlarının XIX əsrdə rus işğalçılarına qarşı azadlıq mübarizəsinin başçısı Şeyx Şamil nəqşbəndiyyə sufi təriqətinə mənsub olmuşdur. Nəqşbəndiyyə ən məşhur sufi təriqətlərindən sayılır. XIV əsrdə yaradılmış bu təriqət uzun müddət müsəlman Şərqinin mədəni-ictimai həyatında mühüm yer tutmuşdur. Hal-hazırda da təriqətin Türkiyə, Orta Asiya, Şimali Qafqaz və Azərbaycanda xeyli ardıcılı vardır. Qeyd edək ki, Şeyx Şamilin nəqşbəndiyyə təriqətindəki şeyxlərinin silsiləsində həmyerlimiz Şeyx İsmayıl Kürdəmiri Şirvaninin (1783-1848) də adına rast gəlirik. Belə ki, Şeyx İsmayıl əfəndinin bəzi tələbələri ondan dərs aldıqdan sonra Şimali Qafqaza keçmiş və orada təbliğatla məşğul olmuşdular. Bu dəstədən olan Molla Məhəmməd Yaraqlı və Cəmaləddin Qazıqumuqlu Şeyx Şamilə təriqət yolunda ustadlıq etmişlər.

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.